525.Az

Folklor İnstitutu Azərbaycan dastanlarını təqdim edir


 

Folklor İnstitutu Azərbaycan dastanlarını təqdim edir<b style="color:red"></b>

Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq, bu ifaçılığı əvəzsiz bir sənət sahəsi kimi gələcək nəsillərə çatdırmaq məqsədilə silsilə musiqi albomları buraxmağı vacib hesab edərək institutun nəzdində folklor studiyası yaradıb.

AMEA-dan bildirilib ki, studiyada yeni buraxılan albomda dastan ifaçılığına örnək olaraq Hüseyn Saraclının ifasında "Əsli və Kərəm", aşıq Əkbərin ifasında "Novruz və Qəndab", İmran Həsənovun ifasında "Qurbani" dastanlarından əsas hissələr lentə alınıb. Hər üç dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.

Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

S.ABDULLAYEVA

 





07.01.2015    çap et  çap et