525.Az

Birminqem hava limanında təcili eniş siqnalı


 

Birminqem hava limanında  <b style="color:red"> təcili eniş siqnalı</b>

İngiltərənin Birminqem şəhərindəki hava limanında yüngül tipli bir təyyarənin təcili eniş etməsi nəticəsində uçuş zolağı bir neçə saatlıq bağlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuş zolağı yerli saatla 14:40-da müvəqqəti olaraq bağlanıb və təxminən beş saat sonra, saat 20:00 radələrində yenidən istifadəyə verilib.

Lakin pist açıldıqdan sonra belə bəzi reyslər gecə yarısına qədər təxirə salınıb.

Ləman İlkin

 





07.08.2025    çap et  çap et