525.Az

Antalyada mikroavtobus qayalara çırpılıb - 17 nəfər yaralanıb


 

Antalyada mikroavtobus qayalara çırpılıb -<b style="color:red"> 17 nəfər yaralanıb</b>

Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, tur mikroavtobusu Finike-Demre yolunda sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq qayalara çırpılıb. Nəticədə 17 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Finike və Demre bölgələrindəki xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





07.08.2025    çap et  çap et