525.Az

Putin Hindistana səfər edəcək


 

Putin Hindistana səfər edəcək<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putinin avqustun sonunda Hindistana səfəri gözlənilir.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib.

“İndi biz ölkələrimiz arasında çox yaxşı, çox yüksək qiymətləndirdiyimiz, strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk... Prezident Putinin avqustun sonunda ölkəmizə planlaşdırılan səfərindən şad olduq", - deyə Doval vurğulayıb.

O ümid edir ki, bu səfər iki ölkə arasında əlaqələrin inkişafı üçün yeni sahələrin tapılmasına kömək edəcək.

Qeyd edək ki, sonuncu dəfə Putin Hindistana 2021-ci ilin dekabrında səfər edib. Onun bu ölkəyə yenidən səfəri ilə bağlı xəbərlər 2024-cü ilin payızında yayılmağa başlayıb. O zaman dövlət başçısının mətbuat katibi Dmitri Peskov səfərin konkret tarixinin müəyyən olunmadığını, lakin Moskvanın buna böyük önəm verdiyini demişdi.

İbrahim Cəfərov

 





07.08.2025    çap et  çap et