525.Az

Pakistanda polis avtomobili partladıldı - ölənlər var


 

Pakistanda polis avtomobili partladıldı - <b style="color:red"> ölənlər var</b>

Pakistanın şimal-şərqində, Əfqanıstanla sərhəddə polis avtomobili partladılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Cənubi Vəziristan bölgəsinin Vana şəhərində baş verib.

Nəticədə 2 polis əməkdaşı həlak olub, 14 nəfər yaralanıb. Yaralananların əksəriyyəti ərazidə olan mülki vətəndaşlardır.

Qeyd edək ki, yerli polis idarəsinin rəisi Adəm Xanın bildirdiyinə görə, son zamanlar ölkənin bu hissəsində silahlı quldurların aktivləşməsi müşahidə olunur. Güc strukturları yaxın günlərdə Bacur rayonunda hərbi əməliyyat keçirməyi planlaşdırır. Artıq bu məqsədlə yerli əhalinin təxliyəsinə başlanılıb.

L.Tağıyeva

 





07.08.2025    çap et  çap et