525.Az

Türk Hava Yolları 7 ayda 50 milyondan çox sərnişin daşıyıb


 

Türk Hava Yolları 7 ayda 50 milyondan çox <b style="color:red"> sərnişin daşıyıb</b>

Türk Hava Yolları (THY) yanvar-iyul dövründə 51,2 milyon sərnişin daşıyıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən illə müqayisədə ilin ilk 7 ayı ərzində sərnişin daşınması 4,7 faiz artaraq 51,2 milyona çatıb.

Ötən ilin yanvar-iyul dövründə 18 milyon olan beynəlxalq-beynəlxalq transfer sərnişinlərinin sayı isə bu ilin eyni dövründə 9 faiz artaraq 19,6 milyona yüksəlib.

Ötən ilin yanvar-iyul dövründə 145,1 milyard olan şirkətin ümumi mövcud uçuş kilometrləri bu ilin eyni dövründə 6,1 faiz artaraq 153,9 milyarda çatıb.

2024-cü ilin yanvar-iyul aylarında yük və poçt daşımalarının həcmi bu ilin eyni dövründəki 1,16 milyon tona nisbətən 4,4 faiz artaraq 1,21 milyon tona yüksəlib.

İbrahim Cəfərov

 





07.08.2025    çap et  çap et