525.Az

Vəba epidemiyası Sudanda yayılıb - ÜST


 

Vəba epidemiyası Sudanda yayılıb  - <b style="color:red">ÜST</b>

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iki ildən artıqdır ki, münaqişənin davam etdiyi Sudanın 18 əyalətində vəba xəstəliyinə rast gəlindiyini və 2024-cü ilin avqustundan bu yana 96 mindən çox yoluxma halının aşkar edildiyini açıqlayıb.

525.az xəbər verir ki, ÜST sosial media platforması “X”hesabından Sudandakı vəziyyətlə bağlı məlumat paylaşıb. Yazıda iki ildən artıq davam edən münaqişədən sonra Sudanın xəstəlik, aclıq, köçkünlük və ümidsizliklə səciyyələnən dünyanın ən böyük humanitar böhranlarından biri ilə üz-üzə olduğu bildirilin.

Yazıda vəba xəstəliyinin Sudanın 18 əyalətinin hamısına yayıldığı və 2024-cü ilin avqust ayından bu yana 96 mindən çox xəstəliyin qeydə alındığı deyilib.

Qeyd edək ki, Sudan 15 aprel 2023-cü ildən ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında şiddətli toqquşmalara səhnə olur.

Məhəmməd Tağıyev

 





07.08.2025    çap et  çap et