525.Az

Fransada baş verən yanğın hələ də nəzarət altına alınmayıb


 

Fransada baş verən yanğın hələ də nəzarət altına alınmayıb<b style="color:red"></b>

 

Fransanın cənubundakı Aude bölgəsində başlayan və 16 min hektardan çox ərazini külə çevirən yanğın hələ də nəzarət altına alınmayıb.

525.az xəbər verir ki, avqustun 5-də Aude bölgəsinin Rubaute qəsəbəsində baş verən yanğın küləyin və həddindən artıq istilərin təsiri altında qısa zamanda minlərlə hektar ərazini əhatə edib. İndiyədək 15 qəsəbəni əhatə edən yanğında 36 ev və 40-a yaxın avtomobil yanıb.

Qeyd edək ki, yanğın zamanı 11 yanğınsöndürən də daxil olmaqla 13 nəfər xəsarət alıb, 65 yaşlı qadın ölüb.

Məhəmməd Tağıyev

 





07.08.2025    çap et  çap et