"Tayvan adası ətrafında 47 Çin hərbi təyyarəsi aşkarlanıb".
525.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin “X”hesabından edilən açıqlamada adanın ətrafında 47 hərbi təyyarənin uçuşunun müşahidə edildiyi açıqlanıb. Çinin Tayvan ətrafında ortaq hava və dəniz təlimlərinə başladığı ifadə edilən açıqlamada təyyarələrdən 32-nin Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən orta xətti keçdiyi və Tayvan tərəfindən Havadan Müdafiə Zonası olaraq elan etdiyi bölgənin cənub-qərb və cənub-şərq hissəsində uçduğu qeyd edilib.
Belə ki, Tayvan ordusunun vəziyyəti izlədiyi və qarşılıq verdiyi bildirilib. Digər tərəfdən, Pekin hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Məhəmməd Tağıyev
çap et