525.Az

İsrail ordusu Livanın şərqinə PUA hücumu həyata keçirib


 

İsrail ordusu Livanın şərqinə PUA hücumu <b style="color:red"> həyata keçirib</b>

İsrail ordusu Livanın şərqində yerləşən Bəalbek şəhərinə hava hücumları həyata keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi hücumlarla bağlı yazılı açıqlama yayıb. Məlumata əsasən, İsrail ordusu Bəalbek bölgəsinə bağlı Keferdan və Zahle yaşayış məntəqələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Keferdan qəsəbəsində bir şəxs evinin qarşısında PUA hücumu nəticəsində yerindəcə həlak olub.

İsrail ordusu Zahle qəsəbəsində də PUA ilə bir avtomobili hədəfə alıb. Hücum nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

İsrail tərəfi baş verən hücumlarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İsrail ordusunun gecə saatlarında Livanın cənubundakı Deyr Seryan qəsəbəsinə endirdiyi digər bir hücum nəticəsində də 1 nəfər həyatını itirmişdi.

Ləman İlkin

 





07.08.2025    çap et  çap et