525.Az

Danimarkada məktəbə silahlı hücum planlaşdıran 15 yaşlı şagird həbs edilib


 

Danimarkada məktəbə silahlı hücum planlaşdıran <b style="color:red"> 15 yaşlı şagird həbs edilib</b>

Danimarkanın cənub-şərqində yerləşən Kolding şəhərində bir özəl məktəbə silahlı hücum planlaşdırdığı iddia edilən 15 yaşlı oğlan şagird polis tərəfindən saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum planı üç şagird tərəfindən birlikdə hazırlanıb. Digər iki şübhəli ifadələrinin alınmasından sonra sərbəst buraxılıb.

15 yaşlı şübhəliyə qarşı adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Prokurorluğun tələbi ilə çıxarıldığı məhkəmə tərəfindən o, 4 həftəlik ilkin həbs cəzası alıb.

Ləman İlkin

 





08.08.2025    çap et  çap et