Keniyanın paytaxtı Nayrobidə içində 4 nəfərin olduğu xüsusi təyyarənin yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrika Tibbi və Tədqiqat Fonduna (AMREF) məxsus olan təyyarə paytaxt Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yerləşən yaşayış sahəsinə düşərək bir binaya çırpılıb.
Hazırda təyyarənin hansı məqsədlə uçduğu, həyatını itirənlərin şəxsiyyəti və qəzanın dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisə yerinə təcili yardım briqadaları və mülki aviasiya nümayəndələri cəlb olunub.
Ləman İlkin
çap et