525.Az

Nuşirəvan Məhərrəmli xəbərdarlıq etdi


 

Nuşirəvan Məhərrəmli xəbərdarlıq etdi<b style="color:red"></b>

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli özəl televiziya kanallarında yayımlanan və müntəzəm olaraq özəl klinikaların reklamı ilə məşğul olan tibbi verilişlərlə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

N. Məhərrəmli Lent.az-a açıqlamasında deyib ki, medianın rolu insanları bu məsələlərdə ayıq olmaqla bağlı maarifləndirməkdir:

“İnsanlarımız efirdə hər bir həkimin dediyinə inanmasınlar. Qərar verməmişdən əvvəl yüz ölçüb-bir biçsinlər. Kommersiya maraqları çox təəssüf ki, peşəkarlığı aşağı səviyyəyə salır. O baxımdan insanlar bir az ayıq olmalıdırlar, hər deyilən sözə inanmamalıdırlar”.

 





07.01.2015    çap et  çap et