525.Az

Hindistan ABŞ-dan silah almaq planını təxirə salıb


 

Hindistan ABŞ-dan silah almaq planını təxirə salıb <b style="color:red"></b>

Hindistan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərə görə ABŞ-dan silah almaq planlarını dayandırır.

525.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Söhbət “General Dynamics Land Systems” tərəfindən istehsal olunan “Stryker” döyüş maşınlarının və “Raytheon və Lockheed Martin” tərəfindən hazırlanmış “Javelin” tank əleyhinə raketlərin alınmasından gedir.

Eyni zamanda, Hindistanın müdafiə naziri Racnat Sinxinin də Vaşinqtona səfəri ləğv edilib.

Qeyd edək ki, Donald Tramp avqustun 6-da Rusiyadan neft alınmasına görə Hindistana 25%-lik tarif vergisi tətbiq edib.

Pərvanə Sultanova

 





08.08.2025    çap et  çap et