525.Az

Çində təbii fəlakət - 10 nəfər ölüb, 33 nəfər itkin düşüb


 

Çində təbii fəlakət - <b style="color:red"> 10 nəfər ölüb, 33 nəfər itkin düşüb</b>

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində iki gündür davam edən güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib, 33 nəfər isə itkin düşüb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin, bölgədə genişmiqyaslı axtarış-xilasetmə və selə qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş verib.

Bundan əlavə, leysan yağışları bəzi bölgələrdə elektrik və telekommunikasiya xidmətlərinin dayanmasına səbəb olub.

Ləman İlkin

 





08.08.2025    çap et  çap et