525.Az

Kazanda 15 polis qidadan zəhərləndi


 

Kazanda 15 polis qidadan <b style="color:red"> zəhərləndi</b>

Tatarıstanda 15-dən çox polis qidadan zəhərlənib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kazanda, Daxili İşlər Nazirliyinin ali məktəbinin yeməkxanasında baş verib.

Burada kurs keçən bir qrup polis günorta yeməyindən sonra özlərini pis hiss edib. Baş gicəllənməsi, ürək bulanması və digər simptomlar onların zəhərlənməsi şübhəsini yaradıb. 12 polis xəstəxanaya yerləşdirilib. 3 nəfər isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, baş verənlər və sanitar normaların pozulması faktı ilə bağlı cinayət işi açılıb.

L.Tağıyeva

 





08.08.2025    çap et  çap et