525.Az

İspaniya klubu zorlamada ittiham edilən futbolçu ilə müqavilə bağladı


 

İspaniya klubu zorlamada ittiham edilən futbolçu ilə müqavilə bağladı<b style="color:red"></b>

İspaniyanın "Vilyareal" futbol klubu zorlamada ittiham edilən Tomas Parti ilə müqavilə bağlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, son klubu London "Arsenal"ı olan və hazırda azad agent statusu daşıyan Qana millisinin futbolçusu mövsümün sonuna kimi "Vilyareal"ın şərəfini qoruyacaq.

Klub zorlamada ittiham olunan və 2 gün əvvəl girov müqabilində azadlığa buraxılan Partiyə hörmətlə yanaşdığını, onun ittihamı əsassız saymasına inandığını və məhkəmə prosesini yaxından izləyəcəklərini bildirib.

Qeyd edək ki, 3 qadın 2021-2022-ci illərdə 32 yaşlı Tomas Parti tərəfindən zorlandıqlarını iddia edərək məhkəməyə müraciət edib.

L.Tağıyeva

 





08.08.2025    çap et  çap et