525.Az

Almaniyada gənclərin sayı rekord həddə aşağı düşüb


 

Almaniyada gənclərin sayı rekord həddə <b style="color:red"> aşağı düşüb</b>

Almaniyada 15-24 yaş arası fərdlərin ümumi əhaliyə nisbəti 2024-cü ilin sonuna qədər 10 faizə enərək tarixdə ən aşağı səviyyəyə çatıb.

525.az xəbər verir ki, avqustun 12-də Beynəlxalq Gənclər Günü ərəfəsində dərc olunan rəsmi məlumat qeydinə əsasən, gənclərin ümumi əhalidəki payı 2021-ci ildən etibarən sabit olaraq qalır. Lakin rəsmilər bu sabitliyin əsasən 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Almaniyaya gələn gənc mühacirlər sayəsində əldə olunduğunu deyiblər.

İmmiqrasiya keçmişi olmayan gənclərin nisbəti cəmi 8,6 faiz olduğu halda, hər iki valideyni immiqrant olan gənclərin nisbəti 20,7 faiz olaraq ən yüksək həddi yaradır.

Qeyd edək ki, bu məlumatlar Almaniyada gənc əhalinin demoqrafik strukturunum əhəmiyyətli dərəcədə immiqrasiya ilə formalaşdığını göstərir.

Məhəmməd Tağıyev

 





08.08.2025    çap et  çap et