525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.
Mark Avreli
  

Plutarxın yazdığına görə, bir dəfə hansısa pers Sparta çarı Lisandrdan soruşdu ki, hansı dövlət idarəçiliyi ona başqalarından daha xoş gəlir. O, buna elə cavab verdi: “O quruluş ki, ləyaqətli adamlara da, əclaflara da yalnız onların layiq olduqları payı verir”. Belə prinsip məhz Karlın idarəçiliyinə xas idi.

Böyük Karl daim qələbələrə sahib olmurdu, onun ordusu İspaniyada özünə dəyən zərbəni dadmalı olmuşdu. “Roland haqqında nəğməadlı orta əsr frank eposu üçün bu epizod mənbə rolunu oynamışdı, sonralar isə ondan bütöv əhvalatlar sikli meydana gəlmişdi. Yalnız uğurlu müharibələri ilə öyünə bilməyən bu hökmdar başqa sahədəki nailiyyətləri ilə fəxr edə bilərdi. O, dövlət quruluşunun yaxşılaşdırılması üçün ən kiçik detallara da nüfuz edir, səltənətinin maddi mənəvi inkişafına fasilə, yorulmaq bilməyən bir qayğı ilə yanaşırdı.

Karl kənd təsərrüfatına xüsusi diqqət verirdi. Onun göstərişi ilə bataqlıqlar qurudulur, əlavə əkin sahələri əldə etmək üçün meşələr qırılırdı. O, həm çox sayda şəhərlər monastırlar salmışdı. Lakin bütün bu nəhəng işlər heç uzun müddət yaşamadı. Onun ölümündən heç üç onillik keçməmiş imperiya Verden müqaviləsi əsasında parçalandı. Nəhəng dövlətin yaradılması federalizasiya prosesinə rəvac vermişdi, bu isə gələcək labüd parçalanmaya aparıb çıxarmalı idi.

Karl tarixin aləti ya onun yaradıcısı idimi? Müasirləri onu lazımınca anlamırdılar, yaxın varisləri barədə isə onun bəxti gətirmədi. Hər şey onun dühasının gücü  ilə birləşmişdi. İmperiya öz başçısının böyüklüyü üzərində dayanırdı. Karl böyük hökmdar idi, ancaq daha böyük insan idi. Öz uşaqlarıbirinci təbəələri onun hakimiyyət aləti, krala tabe olmaq nümunəsi idilər. O, gözəl qərarlar verirdi, daha vacib olanı isə onların icra edilməsinə adamları məcbur edirdi. Onun dühası imperiyanın bütün hissələrinə nüfuz edirdi. Hökmdarın bu qanunlarında onun ehtiyatlılıq ruhu hiss olunur. O, cəzalandırmağı bacarsa da, daha çox bağışlamağa üstünlük verirdi. Geniş niyyətlər insanı kimi o, bunları böyük sadəliklə həyata keçirirdi. Heç kəs böyük işləri onun kimi belə asan, çətin işləri belə tezliklə görmək qabiliyyətinə malik ola bilməzdi. O, daim öz geniş imperiyasını gəzirdi, ilə qarşılaşırdısa, onların hamısına xüsusi diqqət göstərirdi. Hər tərəfdə işlər meydana çıxırdı onları o, başa çatdırırdı.

Heç bir hökmdar onun kimi təhlükələrə məhəl qoymamağı bacarmazdı heç kəs onlardan belə asanlıqla qaça bilməzdi. Bu, birinci növbədə sui-qəsdlərə aid idi. Bu təəccüblü hökmdar həddən artıq mülayim idi, yumşaq xarakteri ilə seçilirdi. Ünsiyyətdə olduqca sadə idi öz saray adamlarının məclisini sevirdi.

O, öz məsariflərində, vəsait xərcləməkdə qəribə bir qaydaya riayət edirdi öz əmlakını ağılla, diqqətli haqq-hesab aparmaqla idarə edirdi. Hər bir ailə başçısı onun qanunlarından öyrənə bilərdi. O, dövləti idarə etdiyi kimi öz evini, təsərrüfatını yaxşı qaydada idarə edə bilirdi. Kapitulyarilərində onun öz sərvətini necə qazanmasının təmiz halal mənbələri görünürdü. Bircə nümunəni göstərmək kifayətdir ki, o, qədər qənaətcil yalnız halal gəlirə can atan imiş. O, göstəriş vermişdi ki, öz malikanələrindəki quş həyətlərindən yığılan yumurtaları öz bağlarından çalınan artıq otu satsınlar. Bundan əlavə o, müharibə vaxtı götürdüyü bütün saysız-hesabsız qənimətləri öz xalqları arasında bölürdü. Yəqin ki, mübaliğəsiz demək olar ki, müasir dünyanın inkişaf etmiş xalqı da özünün belə bir dövlət başçısının olmasını arzu edərdi. Mənəviyyat əxlaq qəbiristanlığına çevrilən ölkələrdə isə bu arzu, heç şübhəsiz, daha güclü olmaqla, daha gur səslənərdi.

Unutmaq olmaz ki, Böyük Karl Avropa tarixini şərəfləndirən simvollardan birinə çevrilmişdir. İkonanın gücünü qiymətləndirməmək heç vaxt məqbul sayılmamalıdır.

    

Səlahəddin

Həyatda bir şey çox qiymətlidirhəqiqəti qoruyub saxlamaq ədalətli hərəkət etmək.

Mark Avreli

Sparta çarı Agesilay öləndə öz silahdaşlarına tapşırdı ki, onun şərəfinə abidələr ucaltmasınlar. O dedi: “Əgər mən nəsə yaxşı görmüşəmsə, bu mənə abidə olacaqdır, əgər görməmişəmsə, yazıq peşə ustalarının heç nəyə yaramayan məmulatları olan dünyanın bütün heykəlləri mənə kömək etməyəcəkdir.

Plutarx

Misirin, Suriyanın, Yəmənin Fələstinin orta əsr sultanı, Əyyubi sülaləsinin banisi olan Səlahəddin bütün dövrlərin ən məşhur müsəlman qəhrəmanı hesab olunur. Şərqdə o, müdrik hökmdar rəmzinə çevrilməklə yanaşı, Qərbdə üçüncü Səlib yürüşü ərzində  rıtsarların düşməni olan əfsanəvi şəxsiyyət səviyyəsinə yüksəlmişdi. Səlahəddinin şöhrəti həqiqi idi, baxmayaraq ki, bəzən dramatik olmaqdan da uzaq deyildi.

O, 1137-ci ildə Mesopotamiyadakı Tikritdə, tanınmış kürd ailəsində anadan olmuşdu. O, anadan olan gecə atası ailəsini yığıb Aleppoya köçdü, burada Şimali Suriyanın qüdrətli türk valiliyində xidmət etməyə başladı. Baalbekdə Dəməşqdə böyüyən Səlahəddin, adına əlavə olunan Yusif ibn-Əyyub kimi tanınmaqla, başqa gənclərdən o qədər fərqlənmirdi, hərbi məşqlərdən daha çox dini biliklərə böyük maraq göstərirdi.

Onun rəsmi karyerası əmisi Əsədəddin Şirkünün qərargahına daxil olmaqla başladı, o, əmir Nurəddinin yanında mühüm hərbi xadim idi. Şirkünün ölümündən sonra Səlahəddin 31 yaşında Suriya qoşunlarının komandanı Misirin vəziri təyin edildi. Onun hakimiyyətə nisbətən sürətlə qalxmasında kürd nəslinə məxsus olan klan nepotizminin rolu ilə yanaşı, onun meydana çıxan istedadları da az rol oynamamışdı. Misirin vəziri kimi o, məlik (kral) tituluna yiyələnmişdi, baxmayaraq ki, o, əsasən sultan kimi tanınırdı.

Onun mövqeyi Fatimilər sülaləsinin şiə xəlifətini ləğv edib Misiri yenidən sünni təriqətinə dönməsini elan etməsi ilə daha da möhkəmləndi nəticədə onların vahid hökmdarı oldu. O, bir müddət nəzəri olaraq Nurəddinin vassalı olmasına baxmayaraq, bu tabelik 1774- ildə Suriya əmirinin vəfatı ilə başa çatdı. Misirdəki varlı kənd təsərrüfatı mülkiyyətindən istifadə etməklə, kiçik, lakin sərt qaydadakı nizamlı ordu ilə Suriyaya daxil olub, keçmiş süzereninin gənc oğlunun xeyrinə regentliyi tələb etdi. Lakin tezliklə o, bu iddiadan əl çəkdi iki il ərzində Suriyanın, Şimali Mesopotamiyanın, Fələstinin Misirin bütün torpaqlarını birləşdirməyə çalışdı. Hərbi gücdən sürətlə qəti şəkildə istifadə etmək zərurəti yarandıqda, o, bunu ağıllı diplomatiyaya arxalanmaqla başa çatdırdı. Alicənab ləyaqətli adam kimi onun nüfuzu tədricən böyüdü, həm qüdrətli hökmdar kimi, o, heç iddialardan, volyuntarizmdən qəddarlıqdan xali deyildi.

Səlahəddinin hər bir hərəkəti özünü cihad ideyasına həsr etməkdən ilhamlanırdı, bu, xristian səlibinin müsəlman ekvivalenti idi. Müsəlman dini institutlarının böyüməsini, genişlənməsini alqışlamaq onun siyasətinin mühüm hissəsi idi. O, müsəlman alimlərinə moizəçilərinə himayəçilik göstərirdi, onlardan istifadə etmək üçün mədrəsələr məscidlər yaradırdı. Mənəvi inkişaf yolu ilə, bu, onun həyat tərzinin həqiqi bir hissəsi idi, o, çalışırdı ki, öz səltənətində eyni çalışqanlıq entuziazm yaratsın. Axı belə yararlılığı müsəlmanların ilk nəsli beş əsr əvvəl, məlum dünyanın yarısını işğal edəndə sübuta yetirmişdi.

Səlahəddin həmçinin hərbi tarazlığı öz xeyrinə dəyişdiçox saydakı idarə olunmayan qüvvələri birləşdirməklə nizama salmaqla ordunu gücləndirdi. Lakin bu vaxt yeni yaxşılaşdırılmış üsullardan istifadə etməyə lüzum duymadı. Nəhayət, 1187-ci ildə o, latın səlib kralları ilə mübarizəyə öz tam gücünü sərf etdi. Bu vaxt onun orduları rəqiblərininki ilə bərabər vəziyyətdə idi. 4 iyun 1187-ci ildə öz hərbi düşüncəsinin köməyi ilə, düşmənlərinin bəzilərində isə belə bir fenomenal qabiliyyətin olmaması üzündən Səlahəddin Şimali Fələstində Tiberiya yaxınlığındakı Xittində səlibçilərin taqətdən düşmüş susuzluqdan yanan ordusunu tələyə salıb, bir zərbə ilə onu darmadağın etdi.

Nazaretdən bir az aralıda yerləşən Xittin təpəsi yaxınlığındakı döyüşdə götürülən əsirlərin sayı o qədər çox idi ki, onların əl-qolunu sarımaq üçün bütün çadırların kəndirləri kifayət etmirdi. Əsirlərin çoxluğuna görə qul bazarında bir səlibçini bir cüt ayaqqabıya almaq olurdu. Əlamətdar hal odur ki, Səlahəddin, demək olar ki, bütün əsirlərə aman verdi. Yalnız 200 nəfər tampliyer hospitalyer rıtsarı islamın qəddar düşmənləri olduqlarına görə edam edildi.

Yerusəlim kralı da əsir düşmüşdü Səlahəddinin qarşısında dayanmalı oldu. O, kralı xoş qaydada qarşıladı, ona soyuq şərbət içirtdi. Lakin kral qədəhi Arnauta vermək istəyəndə Səlahəddin onun hərəkətini bu sözlərlə dayandırdı: “Ona göstərilən xeyirxahlığı unudan riyakara xainə mənim alacığımda su qida yoxdur”. Sonra o, Arnauta islama keçməyi təklif etdi, təklif rədd olunduqda o, xain saydığı adama aman vermədi Səlahəddinin döyüşçüləri onun boynunu vurdular.

Təkcə bu döyüşdə səlibçilərin itkisi o qədər ağır idi ki, müsəlmanlar tezliklə bütün Yerusəlim krallığını digər əraziləri viran qoymağa qadir oldular. Üç ayın ərzində Askelon (İsraildəki indiki Aşkelon) işğal edildi. Lakin onun nailiyyətinin tacıdaha dağıdıcı zərbə bütün səlib hərəkatının 2 noyabr 1187-ci ildə müsəlmanların xristianların hər ikisi üçün müqəddəs sayılan Yerusəlimin 88 il ərzində frankların əlində qaldıqdan sonra Səlahəddin ordusuna təslim olması idi.

Səlahəddin sultan taxtında oturub Yerusəlimin dərdə qərq olmuş xristian sakinlərinin onun yanından necə keçib getdiklərini seyr edirdi. Onlar hər şeylərini atıb özləri ilə ağır xəstə olanları yaralıları götürmüşdülər. Səlahəddin bir alicənablıq coşğunluğu ilə hospitalyer rıtsarlara şəhərdə qalmağa icazə verdi ki, xəstə olduqlarına görə şəhərdən çıxa bilməyənlərə onlar qulluq etsinlər. Xristianların əksəriyyəti müəyyən məbləğdə pul vermək yolu ilə köləlikdən azad olundu. Beləliklə, Birinci Yerusəlim krallığı bu qaydada məhv edildi.

Onu da qeyd etmək lazımdır ki, səlibçilər buna qədər Yerusəlimi tutanda, onlar şəhərdə qəddarcasına birqəssabxanadüzəltmişdilər: heç nəyə məhəl qoymadan bütün dinc müsəlmanları qılıncdan keçirmişdilər.

Səlahəddin cəngavər vicdanının, igidliyin, öz sözünə sədaqətliliyin, həmçinin ədalətin, alicənablığın əliaçıqlığın nümunəsinə çevrilmişdi. Qərb dünyası üçün böyük əhəmiyyət kəsb edən o idi ki, Səlahəddin Yerusəlim kralı Qvido de Luzinyanı azadlığa buraxmışdı.

Səlahəddin şəxsi cəsarəti ilə fərqlənirdi, ən ağır döyüşlərdən qorxmur, çəkinmirdi. Bu vaxt isə o, məqsədinə çatmışdı, Yerusəlimi xristianların əlindən almışdı. Şəhər xristianlar tərəfindən işğal ediləndə, onun sakinlərinin barbarcasına qırğını nəticəsində qan su yerinə axırdısa, müsəlmanların şəhəri yenidən özlərinə qaytarmaları sivilizasiyalanmış yaxşı bir inamla Səlahəddinin, onun qoşunlarının ədəb-ərkanlı davranışı ilə əlamətdar olmaqla, şəhərin iki dəfə tutulması arasındakı kontrastı açıq şəkildə göstərdi.

(Ardı var)

 





25.11.2012    çap et  çap et