525.Az
Müsavatda növbəti istefa
Müsavat Partiyasının daha bir üzvü istefa verib.
Lent.az-ın məlumatına görə, partiyanın Binəqədi rayon təşkilatının üzvü Natiq Cəbrayılov istefası ilə bağlı bəyanat verib. N.Cəbrayılov bəyanatında 10 ildən artıq müddətdə Müsavat Partiyasının üzvü olduğunu qeyd edib və partiyadan son gözləntilərimin puça çıxmasının onun istefasına zəmin yaratdlığını əlavə edib.
Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı Natiq Cəbrayılovun istefasına təəssüfləndiklərini bildirib:
“Şəxsən mən buna çox təəssüf edirəm. Amma bu, onun şəxsi qərarıdır və biz buna çox hörmətlə yanaşırıq.
Onu da deyim ki, N.Cəbrayılov illərdi partiya ilə əlaqəsi olmayan adamdır. Təəssübkeş kimi hansısa özəkdə qalıb. Bir sözlə, fəal üzvümüz deyil”.
07.01.2015
çap et