525.Az

Almaniya İsrailə silah ixracını dayandırıb


 

Almaniya İsrailə silah ixracını <b style="color:red"> dayandırıb</b>

Almaniya kansleri Fridrix Merz Qəzzada əməliyyatları artırmaq qərarından sonra İsrailə sözügedən zolaqda istifadə oluna biləcək silah ixracının dayandırıldığını açıqlayıb.

525.az xəbər verir ki, Merz yazılı açıqlamasında İsrailin HƏMAS-a qarşı özünümüdafiə etmək hüququna malik olduğunu müdafiə edərək, məhbusların azad edilməsinin və atəşkəs üçün qəti danışıqların Almaniya hökuməti üçün yüksək prioritetlər olduğunu bildirib.

“İsrail Nazirlər Kabinetinin dünən gecə İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlarını gücləndirmək qərarı Almaniya hökumətinə bu məqsədlərə necə nail ola biləcəyini getdikcə daha az aydınlaşdırır. Bundan əlavə, Almaniya hökuməti təcili olaraq İsrail hökumətindən İordan çayının qərb sahili istiqamətində heç bir addım atmamağı tələb edib”, deyə Merz vurğulayıb.

Məhəmməd Tağıyev

 





08.08.2025    çap et  çap et