Belçika Xarici İşlər Nazirliyi İsrail hökumətinin işğal altındakı Qəzza zolağının hərbi yolla ələ keçirilməsi planı ilə əlaqədar İsrailin Brüsseldəki səfirini çağırıb.
525.az xəbər verir ki, İsrailin Qəzza zolağının hamısını hərbi yolla ələ keçirmək planını elan etməsindən sonra xarici işlər naziri Maksim Prevot İsrailin Brüsseldəki səfiri İdit Rosenzveyq-Abu nazirliyə çağırıb.
Belçikanın İsrailin qərarını pislədiyini söyləyən Prevot: “Artıq bu niyyətlərin dəyişdirilməsi üçün güclü şəkildə yalvarmaq məsələsinə çevrilir", - deyib.
Qərarın qəbuledilməz olduğunu və beynəlxalq hüquqa zidd olduğunu bildirən Prevot Fələstin torpaqlarını qəsb edən israillilərin Fələstin Dövlətinin ərazi bütövlüyünü təhdid edən “E1” layihəsi də daxil olmaqla hərəkətlərini tənqid edib.
Məhəmməd Tağıyev
çap et