525.Az

Ölkədən paraplanda qaçmaq istədi - ələ keçdi


 

Ölkədən paraplanda qaçmaq istədi - <b style="color:red"> ələ keçdi</b>

Ukraynada hərbi mükəlləfiyyətli kişi ölkəni paraplanla tərk etməyə cəhd göstərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı Xmelnitsk sakini bunu mümkün hərbi çağırışdan yayınmaq üçün edib.

İnternetdə 500 avroya paraplan alan kişi Moldova ərazisinə keçmək istəyərkən sərhədçilər tərəfindən yaxalanıb.  

Qeyd edək ki, ukraynalı sərhədçilər onun və uçuş alətinin şəkilini paylaşsalar da, qaçağın adı açıqlanmayıb.

L.Tağıyeva

 





08.08.2025    çap et  çap et