525.Az

Yanğınlar səbəbindən 3 minə yaxın insan təxliyə olunub


 

Yanğınlar səbəbindən 3 minə yaxın insan təxliyə olunub<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları nəticəsində 2 min 700-dən çox insanın təxliyə edilib. Kaliforniya Meşə və Yanğınlarla Mübarizə Departamentinin məlumatına görə, ştatın Los-Anceles və Ventura bölgələrində dünən başlayan və təxminən 20 kvadratkilometrlik ərazini əhatə edən “Kanyon” yanğınının nəzarət altına alınması üçün işlər davam etdirilir.

525.az xarici mətbuata istinadən xəbər verir ki, yanğına müdaxilədə yüzlərlə yanğınsöndürənlə yanaşı, xüsusi təyyarə və helikopterlər də iştirak edir. Sürətlə yayılan alovlar səbəbilə 2 min 700-dən çox insanın təxliyə edildiyi bildirilir. Rəsmilər əlavə olaraq 14 min insan və 5 min tikilinin də təxliyə riski ilə üzləşdiyini açıqlayıb.

Qeyd edək ki, Los-Ancelesdə ilin əvvəlindən bəri baş verən yanğınlarda dolayı yolla 440 nəfərin həyatını itirdiyi ehtimal olunur.

Ləman İlkin

 

 

 

 





08.08.2025    çap et  çap et