525.Az

Hava şarı məktəb binasına çırpıldı


 

Hava şarı məktəb binasına çırpıldı<b style="color:red"></b>

İngiltərədə hava şarı məktəb binasına çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bristolda keçirilən Beynəlxalq hava şarı festivalının birinci günündə baş verib.

Üzərində JLL yazılan hava şarı idarəetmədən çıxaraq "Oasis Academy Connaught" məktəbinin binasına dəyib. Dəhlizə düşən şar binanı yüngülvari zədələyib. Qeyd edək ki, xoşbəxtlikdən yay tətilinə görə məktəbdə heç kəs olmayıb. Hava şarında olanlar da xəsarət almayıb. 

L.Tağıyeva

 





08.08.2025    çap et  çap et