525.Az

AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq


 

AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib.

525.az bu barədə  onun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

“Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”, - Russopulos yazıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.

 





09.08.2025    çap et  çap et