525.Az

NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır


 

NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır<b style="color:red"></b>

NATO Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır.

525.az xəbər verir ki, bu barədə NATO mətbuat katibi Allison Hart sosial şəbəkə hesabında bəyanat verib.

“Biz Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişdən məmnunuq. Prezident Trampa sülh üçün çalışdığına görə təşəkkür edirik. Bu regional təhlükəsizlik və normallaşma prosesi üçün mühüm bir addımdır. NATO tərəfdaşları olan Azərbaycan və Ermənistanla işləməyə davam edəcək”- bəyanatda qeyd edilib.

 





09.08.2025    çap et  çap et