525.Az

Tirana Azərbaycan və Ermənistanın dialoqu seçmək qərarını yüksək qiymətləndirir


 

Tirana Azərbaycan və Ermənistanın dialoqu seçmək qərarını yüksək qiymətləndirir<b style="color:red"></b>

Albaniya ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan tarixi mərhələni alqışlayıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşılan məlumatında deyilir.

Bəyanatda qeyd olunur ki, Tirana hər iki ölkənin fikir ayrılığı əvəzinə dialoqu seçmək qərarını yüksək qiymətləndirir və bu qərar onilliklərlə davam edən münaqişələrə son qoymağa və münasibətlərin tam normallaşmasına zəmin yaradıb.

 





09.08.2025    çap et  çap et