525.Az

"Şamaxı" "Zirə"yə qalib gəldi


 

"Şamaxı" "Zirə"yə qalib gəldi<b style="color:red"></b>

Bu gün “Zirə” və “Şamaxı” yoxlama oyununda üz-üzə gəliblər.

525.az xəbər verir ki, matç "Azərsun Arena”da oynanılıb. Görüş şamaxılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı"nın heyətində qolları Karim Rossi və Andrey Tirkoveanu vurub. "Zirə"nin yeganə qolunun müəllifi ilə penalti zərbəsindən Ceyhun Nuriyev olub. 

Qeyd edək ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) uduzaraq mübarizəni dayandırıb.

“Şamaxı” isə yoxlama oyunlarında “Sumqayıt”a (1:0), “Kəpəz”ə (6:1), “Karvan”a (2:1) qalib gəlib, “Qəbələ”yə uduzub (1:2).

 





09.08.2025    çap et  çap et