525.Az

“Charlie Hebdo”-ya hücum edənlərdən biri polisə təslim oldu


 

“Charlie Hebdo”-ya hücum edənlərdən biri polisə təslim oldu<b style="color:red"></b> Parisdə “Şarli Ebdo” jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinənlərdən biri polisə təslim olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 18 yaşlı Həmid Muraddır.
 
Qeyd olunur ki, adının sosial şəbəkələrdə hallandırılmasını görən H.Murad könüllü olaraq polisə təslim olub.
 
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
 





08.01.2015    çap et  çap et