525.Az

Yollarda vəziyyət necədir?


 

Yollarda vəziyyət necədir?<b style="color:red"></b> Azərbaycanın bütün yollarına hazırda qar yağır.
 
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.
 
K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə olaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”.
 





08.01.2015    çap et  çap et