525.Az

Ankarada 3.2 bal gücündə zəlzələ olub


 

Ankarada 3.2 bal gücündə<b style="color:red"> zəlzələ olub</b>

Türkiyənin Ankara şəhərində zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla 06:33-də Etimesgut bölgəsində 3.2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ 4.68 kilometr dərinlikdə olub.

Təbii fəlakət nəticəsində hər hansı dağıntı baş verməyib.

Xatırladaq ki, dünən Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 bal gücündə zəlzələ olub. 

İbrahim Cəfərov

 





11.08.2025    çap et  çap et