525.Az

Qəzzada 5 jurnalist həlak oldu


 

Qəzzada 5 jurnalist həlak oldu<b style="color:red"></b>

İsrail Qəzzada Əl-Şifa xəstəxanasının yaxınlığında yerləşən jurnalistlərin çadırına zərbə endirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı iki “Əl-Cəzirə” müxbiri də daxil olmaqla beş jurnalist həlak olub.

Ölənlərdən biri “Əl-Cəzirə”nin müxbiri Ənəs əl-Şərif, digərləri isə Məhəmməd Kureyke, İbrahim Zaher, Məhəmməd Nufal və Muamen Alivadır.

İsrail ordusu “Əl-Cəzirə” telekanalının jurnalisti Ənəs əl-Şərifin birbaşa hədəfə alındığını etiraf edib. Onun “Həmas” terror təşkilatının rəhbəri olduğunu iddia edilib.

Ölümündən bir müddət əvvəl 28 yaşlı müxbir “X” platformasında İsrailin Qəzzanın şərq və cənub hissələrinə yanğın zonaları kimi tanınan intensiv, davamlı bombardmanlara başladığını yazıb.

Ənəs əl-Şərifin son videosunda İsrailin partlayışlarla müşayiət olunan intensiv raket zərbələrinin gurultusu əks olunub.

İbrahim Cəfərov  

 





11.08.2025    çap et  çap et