525.Az

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 faizdən çox artıb


 

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard911,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çox investisiya yönəldilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,4 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 15 % artıb.

Yanvar-iyul aylarında istifadə olunmuş investisiyanın 5 milyard 46,1 milyon manatı və yaxud 50,9 %-i məhsul istehsalı sahələrinə, 3 milyard 335,2 milyon manatı və yaxud 33,7 %-i xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı və yaxud 15,4 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və yaxud 76,7 %-ni daxili investisiyalar təşkil edib, 7 milyard 822,3 milyon manatı və yaxud 78,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 





11.08.2025    çap et  çap et