525.Az

Belqoroda PUA hücumu - 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb


 

Belqoroda PUA hücumu - <b style="color:red"> 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb</b>

Belqorod vilayətində yerləşən 42 yaşayış məntəqəsi hava hücumlarına məruz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb.

Belqorod vilayətinin yaşayış məntəqələrinə ümumilikdə 143 Ukrayna pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib və 10-dan çox artilleriya atəşi zamanı 50 ədəd sursat atılıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hücumlar nəticəsində üç çoxmərtəbəli bina və 17 fərdi yaşayış evi, 17 minik və yük avtomobili, bir ticarət obyekti və iki sosial obyekt, rabitə infrastrukturu, üç müəssisənin bina və tikililəri, qaz borusu və bir məbəd zədələnib.

Ləman İlkin

 





11.08.2025    çap et  çap et