525.Az

Braziliyada dəhşətli qəza - 11 ölü, 45 yaralı


 

Braziliyada dəhşətli qəza - <b style="color:red"> 11 ölü, 45 yaralı</b>

Braziliyada dəhşətli yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kuyaba şəhərindən yola çıxan sərnişin avtobusu Lukas-do-Rio-Verde şəhəri yaxınlığında yük maşını ilə toqquşub. Qəzada 11 nəfər həyatını itirib, 11-i ağır olmaqla 45 nəfər isə yaralanıb.

Dərhal hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Məhəmməd Tağıyev

 





11.08.2025    çap et  çap et