Avqustun 4-dən Yaponiya ilə birgə hərbi təlimlər keçirən Britaniyaya məxsus “F-35” qırıcı təyyarəsi səhər saatlarında Kaqoşima hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, uçuş-enmə zolağı 20 dəqiqə bağlanıb və təyyarələrin eniş və qalxmasında fasilələr yaranıb.
Təyyarənin nasazlıq səbəbindən təcili eniş etdiyi bildirilsə də, nasazlığın səbəbi ilə bağlı təfərrüatlar paylaşılmayıb.
Məhəmməd Tağıyev
çap et