525.Az

ABŞ-da yanğında 4-ü uşaq olmaqla 6 nəfər ölüb


 

ABŞ-da yanğında 4-ü uşaq olmaqla 6 nəfər ölüb<b style="color:red"></b>

ABŞ-nin Merilend ştatında bir evdə yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Baltimor yaxınlığında bir evin yandığını, bir nəfərin isə xilas ola bildiyini bildiriblər.

Təxminən 70 yanğınsöndürən yanğını nəzarət altına almaq üçün bir saatdan çox mübarizə aparıb. Hadisə nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər həyatını itirib.

Həmçinin bir yanğınsöndürən də tüstüdən təsirlənərək xəstəxanaya aparılıb.

Qeyd edək ki, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Məhəmməd Tağıyev

 





11.08.2025    çap et  çap et