525.Az

Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası hazırlanıb


 

Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası hazırlanıb<b style="color:red"></b>

Azərbaycan Milli Kitabxanasında ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və ictimai-siyasi xadim Elçin Əfəndiyevə həsr olunmuş elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim edilib.

525.az-a kitabxanadan bildirilib ki, “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”, “Nekroloq”, “Bu dünyadan Elçin keçdi...”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin “Ədəbi düşüncələr”indən” , “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir.

Elektron məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.

 





11.08.2025    çap et  çap et