525.Az

Şimali Makedoniyada seçkilərin tarixi açıqlandı


 

Şimali Makedoniyada seçkilərin tarixi açıqlandı<b style="color:red"></b>

Şimali Makedoniyada yerli seçkilər oktyabrın 19-da keçiriləcək.

525.az xəbər verir ki, Şimali Makedoniya parlamentinin sədri Afrim Qaşi bununla bağlı fərman imzalayıb.

Qərara əsasən, birinci turda uğursuz nəticə əldə edilən bələdiyyələr üçün

noyabrın 2-də ikinci tur keçiriləcək.

Parlament sədri Qaşi, parlamentin seçkilərə 20 gün qalmış başlayacaq təşviqat dövründə normal inzibati fəaliyyətini davam etdirəcəyi, lakin Baş Assambleya iclaslarının keçirilməyəcəyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, ölkədə sonuncu yerli seçkilər 2021-ci il oktyabrın 17-də keçirilib.

Məhəmməd Tağıyev

 





11.08.2025    çap et  çap et