Çexiyanın xarici işlər naziri Yan Lipavski Ukraynaya rəsmi səfər edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Ukraynaya altıncı səfərimə aydın bir mesajla gəlmişəm: Çexiya rusiyalı təcavüzkarlara qarşı mübarizədə ukraynalıları dəstəkləməkdən heç vaxt vaz keçməyəcək”, - deyə Lipavski bildirib.
“Ukrinform”un məlumatına görə, Ukraynanın və Çexiyanın xarici işlər nazirləri Andriy Sıbixa və Yan Lipavski Ukrayna şəhərlərinin müdafiəsi üçün hava hücumundan müdafiənin gücləndirilməsinin və Ukraynanın Aİ-yə üzvlük yolunda islahatların davam etdirilməsinin vacibliyini müzakirə ediblər.
Ləman İlkin
çap et