525.Az

“Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq” - ABŞ-nin vitse-prezidenti


 

“Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq” - <b style="color:red"> ABŞ-nin vitse-prezidenti</b>

ABŞ Rusiya ilə müharibədə Ukraynanın maliyyələşdirilməsini dayandırmaq və regionda sülhə nail olmaq istəyir.

525.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News” proqramında bildirib.

“Rusiya - Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini gətirmək istəyirik”, - deyə Vens vurğulayıb.

O, Amerika xalqının vergi pullarının bu müharibəyə xərclənməsindən bezdiyini və Avropa ölkələrinin məsuliyyəti öz üzərinə götürməli olduğunu qeyd edib.

İbrahim Cəfərov

 





11.08.2025    çap et  çap et