525.Az

Yaponiyada 3 milyon insan təxliyə edilir


 

Yaponiyada 3 milyon insan<b style="color:red"> təxliyə edilir</b>

Yaponiya hakimiyyəti bu gün 3 milyon insanın təcili təxliyəsi ilə bağlı qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb son günlər yağan leysan yağışların nəticəsində yaranan su basmaları və torpaq sürüşməsi ehtimalıdır.

Qərar Kumamoto əyalətinin sakinlərinə aiddir. Artıq bir neçə gündür davam edən güclü yağışlar bir sıra yaşayış məntəqələrində ciddi fəsadlar yaradıb. Tamana, Kosa şəhərləri də daxil olmaqla bir sıra yaşayış məntəqələrində evlər və obyektlər su altında qalıb. Torpaq sürüşməsi ehtimalı böyükdür.

Qeyd edək ki, təbii fəlakət bir neçə nəfərin həyatına son qoyub. Kosa şəhərində uçan evin altında 1 nəfər qalıb, Fukuokada isə sel 2 nəfəri aparıb. Onların hər üçü itkin düşmüş sayılır.

L Tağıyeva

 





11.08.2025    çap et  çap et