525.Az

Tramp səfilləri Vaşinqtondan qovacaq


 

Tramp səfilləri Vaşinqtondan <b style="color:red"> qovacaq</b>

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda məskunlaşan səfilləri  paytaxtdan qovmağı planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Səfillər təcili buranı tərk etməlidirlər! Mən paytaxtımızı heç vaxt olmamış kimi gözəl və təhlükəsiz edəcəm", - deyə Tramp statusunda bildirib.

Qeyd edək ki, hələ prezidentliyə namizəd olduğu dövrdə verdiyi açıqlamaların birində Donald Tramp Vaşinqtonu çirkli və təhlükəli şəhər adlandırmışdı.

L.Tağıyeva

 





11.08.2025    çap et  çap et