Avstraliya Fələstin dövlətini tanıyacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese bildirib. O qeyd edib ki, bu, sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında reallaşacaq.
“Avstraliya Fələstin xalqının öz dövlətinə sahib olmaq hüququnu tanıyacaq”, - deyə Baş nazir bildirib.
Albanese əlavə edib ki, Fələstin dövlətinin tanınması qərarı simvolik deyil.
Qeyd edək ki, İsrail Qəzzanı bombardman etməyə başlayandan bəri bir çox ölkə, o cümlədən Fransa, Böyük Britaniya və Kanada Fələstin dövlətçiliyini tanımaq planlarını açıqlayıb.
İbrahim Cəfərov
çap et