Paytaxt Bağdad başda olmaqla, İraqın mərkəzi hissəsindəki şəhərlərdə və cənub bölgələrində qəfil elektrik kəsintisi baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kəsintilərlə bağlı hələlik nə Elektrik Nazirliyi, nə də digər aidiyyəti qurumlar tərəfindən açıqlama verilib.
Qeyd edək ki, İraqda elektrik gündə orta hesabla cəmi 5-8 saat verilir.
Ölkədə illərdir həll olunmayan elektrik problemi səbəbindən ətraf mühitə zərər vuran pullu məhəllə generatorları işə salınır.
Ləman İlkin
çap et