Rusiyada votsap və teleqram üzərindən zənglər bloklanmağa başlayıb
525.az yerli KİV-ə istinadən xəbər verir ki, snksiyalar səbəbindən zəruri infrastruktur yeniləmələrinin həyata keçirilə bilməməsi, bu məhdudiyyətlərin əsas səbəbi kimi göstərilir.
Bu gün səhər saatlarından etibarən vətəndaşlar votsap və teleqram vasitəsilə edilən zənglərdə problemlə üzləşdiklərini bildiriblər.
Ölkədəki mobil operatorlar hökumətə müraciət edərək sanksiyalar səbəbindən lazımi infrastruktur yeniləmələrini apara bilmədiklərini bəyan ediblər. Bununla yanaşı, internet trafikinin artdığına diqqət çəkən operatorlar, trafikin azaldılması məqsədilə votsap və teleqram üzərindən edilən zənglərin bloklanmasını tələb ediblər.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, bəzi rəsmilər bu məhdudiyyətin telefon vasitəsilə həyata keçirilən dələduzluq hallarına qarşı mübarizə üçün zəruri olduğunu müdafiə edirlər.
Ləman İlkin
çap et