525.Az

İngiltərədə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib


 

İngiltərədə isti hava şəraiti ilə bağlı <b style="color:red"> xəbərdarlıq edilib</b>

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkənin böyük hissəsində gözlənilən yüksək temperatur səbəbindən insanlara xəbərdarlıq edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqlar sabah yerli vaxtla saat 09:00-da başlayacaq və çərşənbə günü saat 18:00-a qədər davam edəcək. Bu çərçivədə paytaxt London, ölkənin şərqi və cənub-şərqi bölgələri, eləcə də Şərqi Midlands və Qərbi Midlands bölgələri üçün “narıncı” xəbərdarlıq elan olunub.

Bunun səhiyyə və sosial xidmətlər sahəsinə ciddi təsir göstərə biləcəyi vurğulanıb.

Ləman İlkin

 





11.08.2025    çap et  çap et