525.Az

Hava limanında sərnişinlərlə dolu təyyarə digərinə dəydi


 

Hava limanında sərnişinlərlə dolu təyyarə digərinə dəydi<b style="color:red"></b>

ABŞ-də "Delta Air Lines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuşa hazırlaşarkən qanadı ilə digər təyyarəyə dəyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Atalanta hava limanında baş verib.

Qəza zamanı Qvatemala-Sitiyə uçmalı olan təyyarənin göyərtəsində olan 192 sərnişin və ekipaj üzvləri zərər görməyib. Onlar bir qədər sonra digər təyyarə ilə yola salınıblar.

Qeyd edək ki, digər təyyarə boş olub. Amma hər iki təyyarə ciddi zədələnib.

L.Tağıyeva

 





11.08.2025    çap et  çap et