525.Az

Sudanda üsyançılar 40-dan çox dinc sakini qətlə yetirib


 

Sudanda üsyançılar 40-dan çox dinc sakini qətlə yetirib<b style="color:red"></b>

Sudanda Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) üsyançıları Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə köçkünlər üçün düşərgəyə hücum edərək 40-dan çox dinc sakini öldürüb.

525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Əbu-Şuk düşərgəsinə hücum zamanı insanlar güllələnərək öldürülüb, hətta edam ediliblər. Məlumata görə, daha 19 nəfər yaralanıb. Yerli sakinlər bildiriblər ki, üsyançılar düşərgəni intensiv atəşə tutublar.

Avqustun əvvəlində ÇRQ üsyançıları El-Faşer ətrafındakı Karni kəndində 14 dinc sakini öldürüb, onlarla insanı yaralayıb.

Sudanda üsyançı qrup ilə nizami ordu arasında vətəndaş müharibəsi 2023-cü ilin aprelində başlayıb. Əl-Faşer şəhəri yaxınlığında Sudanda ən böyük qaçqın və köçkün düşərgələri - Zəmzəm və Əbu-Şuk yerləşir. Hər iki düşərgə mütəmadi olaraq atəşə tutulur və yerli əhali ərzaq çatışmazlığından əziyyət çəkir.

Pərvanə Sultanova

 





12.08.2025    çap et  çap et